“Galatasaray”ın Formula 1 komandasına nə oldu?

Bakı,8 may,Sporaz.tv

Galatasaray Avropada təkcə meydanlarda deyil, Formulada da yarışırdı.

Sarı-qırmızılı Formula maşınları yarış zolağına ilk dəfə İngiltərədə çıxıb. Superleague Formula təşkilinə 2008 də Donnington Pistində start verildi. Plana görə Avropa futbol klublarından 20 komanda olacaqdı.

Pilotların istifadə etdiyi maşınların hər biri 750 at gücündə və V-12 matora sahib idi.

Liverpool,Milan,PSG,Sevilla,Dortmunda,Atletico Madrid kimi klunların olduğu programda tək türk klubu Galatasaray idi.

Sarı-qırmızılı komanda Scudera Playteam ilə birlikdə quruldu.Pilotlar Alesandro Per Guidi və müvəqqəti Jason Tahincioğlu oldu.

Yarışlar 62 ölkədə yüz minlərcə insan tərəfindən izlənilirdi.Sarı-qırmızılılar 3 dəfə səhnədə yer aldı.Klubların bütün xərcləri sponsor firmalar tərəfindən qarşılandı. Komandalar əldə edilən gəlirlərdən paylarını da aldı.

Ancaq,təşkilatın ömrü uzun olmadı. Komanda sayının getdikcə azalması bir çox yarışın təxirə salınmasına səbəb oldu. Sözügedən program 4 sezon davam edə bildi.

Bahar Rüstəm