“Galatasaray”ın Dina Ebimbeyə təklifi açıqlanıb

Bakı, 11 sentyabr, Sporaz.tv

Transfer çalışmalarını davam etdirən “Galatsaray“(Qalatasaray) “Eintracht Frankfurt”-da çıxış edən Dina Ebimbeni heyətinə qatmaq istəyir. Sarı-qırmızılıların transfer üçün 10 milyon təklif etdiyi bildirilib.

Sporaz.tv məlumat verir ki, Superliqada 2024/25 mövsümünün transfer pəncərəsinin bağlanmasına az vaxt qalıb. Komandalar, son 2 gündür işlərini davam etdirir.

“Galatasaray”, Super Liqada transfer pəncərəsi bağlanana qədər heyətini gücləndirmək istəsə də, gündəmdə olan ad Bundesliqa komandalarından “Eintracht Frankfurt”-dan Dina Ebimbedir.

L’Equipe-də çıxan xəbərdə “Galatasaray”-ın 23 yaşlı futbolçu üçün 10 milyon avro təklif etdiyi bildirilib.

Franfkurtun transferə müsbət yanaşdığı, Ebimbenin hazırda təklifi dəyərləndirdiyi bildirilib.

Fransada “Sarcelles” infrastrukturunda futbola başlayan və daha sonra “PSG”-yə transfer olunan Emimbe, 2019-cu ildə A komandasına yüksəlib.

Gənc futbolçu “Le Havre”, “Dijon” ve “Eintracht Frankfurt“-da icarə əsasında oynadığı vaxt, ötən mövsümün əvvəlində transferlə Almaniya komandasına transfer olunub.

Ebimbe, karyerası ərzində 172 matçda oynayarkən 19 qol vurub və 11 məhsuldar ötürmə edib. 23 yaşlı futbolçu sağ cinahda və yarımmüdafiədə oynaya bilir.

Leave a Reply