“Galatasaray”ın derbi heyəti bəlli olur

Bakı, 17 may, Sporaz.tv

Galatasaray“(Qalatasaray) “Fenerbahçe“(Fənərbaxça) derbisi hazırlıqlarını davam etdirir. Baş məşqçi Okan Buruk çətin matçda istifadə edəcəyi 11-liyi yekunlaşdırmağa çalışır. Buruk müdafiəçi zonasında Abdülkerim Bardakcı və Davinson Sanchez arasında seçim edəcək.

Sporaz.tv xəbər verir ki,  Trendyol Super Liqasının 37-ci həftəsində “Galatasaray”(Qalatasaray) “Fenerbahçe”(Fənərbaxça)”nı qəbul edəcək. Bu mövsüm evdə keçirdiyi bütün liqa matçlarında qalib gələn sarı-qırmızılılar derbidən heç-heçə ilə ayrılsalar da çempionluqlarını elan edəcəklər.

Baş məşqçi Okan Buruk “Fenerbahçe”(Fənərbaxça)ilə qarşılaşacağı 11 futbolçunu böyük ölçüdə müəyyənləşdirib. Təcrübəli məşqçi son həftələrdə qalib heyətində çox dəyişiklik etməyəcək.

“Galatasaray”(Qalatasaray)ın qapısını Fernando Muslera qoruyacaq. Müdafiənin solunda Derrik Köhn, sağda isə Kaan Ayhan oynayacaq. Mərkəz müdafiəçisi mövqeyində Viktor Nelssonla bərabər oynayacaq futbolçu hələ müəyyənləşməyib.

Okan Buruk Abdülkerim Bardakcı və Davinson Sanchez arasında seçim edəcək. Lukas Torreyra və Kərəm Dəmirbəy yenidən yarımmüdafiənin mərkəzində olacaq. VavaCars Fatih Karagümrük matçında qalibiyyət qolunu vuran Berkan Kutlu da variantlar arasındadır.

Son həftələrdə formada olan Barış Alper Yılmaz və Hakim Ziyeç cinahlarda xidmət edəcək. Dris Mertens hücumçunun arxasında, Mauro İkardi isə hücumçuda oynayacaq.

Vüqar ALIŞOV