“Galatasaray”ın Çempionlar Liqasındakı rəqibi kimdi?

Bakı, 5 avqust, Sporaz.tv

2023-2024 mövsümünü Çempion kimi başa vuran Galatasaray (Qalatasaray)-ın Nəhənglər Liqasındakı rəqibi müəyyənləşib. Okan Burukun rəhbərliyi altında yeni mövsümdə Avropa futbolunun bir nömrəli klub təşkilatında yer almaq istəyən sarı-qırmızılılar, pley-off mərhələsini keçəcəyi təqdirdə Nəhənglər Liqasına qatılacaq.

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilir. Galatasaray (Qalatasaray), pley-off mərhələsində qatıldığı Nəhənglər Liqasına vəsiqə uğrunda mübarizə aparacaq. Sarı-qırmızılıların pley-offdakı rəqibi Young Boys (Yanq Boyz)-du.

Nəhənglər Liqasında pley-off mərhələsinin ilk oyunları 20-21 avqust, cavab görüşləri isə 27-28 avqustda keçiriləcək.

Avropa futbolunun klub səviyyəsində bir nömrəli təşkilatında yeni formata əsasən komandaların sayı 32-dən 36-ya çatdırılıb və liqa sistemi ənənəvi qrup mərhələsindən çıxarılıb.

Mövcud sistemdə 3 rəqiblə 6 qrup matçı əvəzinə komandalar, 8 fərqli komandaya qarşı 4 evdə və 4 səfərdə olmaqla ən azı 8 liqa matçı keçirəcək.

Liqanı ilk 8-likdə başa vuran komandalar, birbaşa son 16 tura yüksələcək. Liqanı 9-24-cü yerlər arasında başa vuran komandalar son 16 tur üçün iki oyunluq pley-off yarışları keçirəcəklər.