“Galatasaray”ın baş məşqçisi 9 futbolçunun biletini kəsib

Bakı,29 may,Sporaz.tv

Galatsaray(Qalatasaray)-ı 2 il dalbadal Super Liqada çempion edən məşqçi Okan Buruk 2024-25 mövsümü üçün qollarını çırmalayıb.

Sporaz.tv xəbər verir ki,Yeni mövsüm üçün heyət planlamasına başlayan Galatasaray (Qalatasaray)-ın baş məşqçisi Okan Buruk 9 futbolçunu diqqətdən yayındırıb.

Okan Burukun hazırladığı reportajda növbəti mövsümdə 9 futbolçunun heyətdə nəzərdə tutulmadığı bildirilib.

Xüsusilə əcnəbi futbolçularla bağlı radikal qərarların veriləcəyi bildirilən xəbərdə, Okan Burukun yeni mövsüm üçün heyətdə saymadığı adlar belədir:

Tanguy Ndombele, Carlos Vinicius, Serge Aurier, Sergio Oliveira, Wilfried Zaha, Tete, Alexandru Cicaldau, Leo Dubois, Mathias Ross