“Galatasaray”ın 13+2 milyonluq təklifini rədd etdi

Bakı, 13 sentyabr, Sporaz.tv

Transfer pəncərəsinin son günündə sol cinahı gücləndirmək üçün səylərini davam etdirən Galatasaray (Qalatasaray)-ın “Sassuolo“nun fransız futbolçusu Armand Lauriente üçün 13+2 milyon avroluq təklif etdiyi iddia edilib.

Sporaz.tv xəbər verir ki, sol cinah oyunçusu axtarışlarını davam etdirən və “Roma”nın futbolçusu Nicolo Zalewski ilə danışıqları davam etdirən Galatasaray (Qalatasaray), bu futbolçunu alternativ olaraq nəzərdən keçirir.

Xəbərin təfərrüatlarında Galatasaray (Qalatasaray)-ın İtaliya klubuna 13 milyon avro transfer haqqı, 2 milyon avro bonus və sonrakı satışlardan yüzdə 10 pay təklif etdiyi iddia edilib. Sassuolo prezidenti, Giovanni Carnevalinin sarı-qırmızılıların təklifini qəbul etmədiyi bildirilib.

25 yaşlı futbolçunun klubu ilə 2027-ci ilə qədər müqaviləsi var. 2022-ci ildə “Lorient”dən 10 milyon avroya transfer olunan fransalı vinger “Sassuolo”da 70 matçda forma geyinib,13 qol vurub və 12 məhsuldar ötürmə edib.

Leave a Reply