“Galatasaray”ın əcnəbi oyunçu planı

Bakı, 9 iyul, Sporaz.tv

Galatasaray”ın heyətində 16 əcnəbi futbolçu var. “Sarı-qırmızılar” Avstriya düşərgəsindən sonra bu rəqəmi 12-dən aşağı salmağı planlaşdırır.

“Galatasaray” yeni mövsüm hazırlıqlarının beynəlxalq mərhələsini Avstriyada davam etdirəcək. “Sarı-qırmızılılar” iyulun 18-dək Geinberg qəsəbəsində qalaraq güc toplamağa çalışacaqlar.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” bu düşərgədə böyük bir oyunçu qrupu ilə məşq edəcək. Baş məşqçi Okan Buruk Avstriyada komandadan ayrılacaq və ya qalacaq futbolçuların əhəmiyyətli bir hissəsinə qərar verəcək.

“Sarı-qırmızılılar”ın heyətində 16 əcnəbi futbolçu var. Türkiyə Futbol Federasiyası yeni mövsümdə heyətə 12 əcnəbi futbolçuya icazə verib. Ona görə də “Galatasaray”ın etməyi planlaşdırdığı transferləri nəzərə alaraq bu rəqəmi 12-dən aşağı salması lazımdır.

Matias Ross, Oliviera və Cicaldau yeni mövsüm üçün heyətdə nəzərdə tutulmayıb. Sarı-qırmızılılar Tete və Yusuf Demiri də icarəyə götürməyi planlaşdırır. Rəhbərlik Ziyech və Zaha kimi önəmli futbolçuların yaxşı təklif alacağı təqdirdə komandadan ayrılmasına icazə verə bilər.

“Galatasaray” Avstriya düşərgəsinin ilk mərhələsində 3 yoldaşlıq oyunu keçirəcək. “Sarı-qırmızılılar” iyulun 11-də Avstriyanın “Lask” komandası ilə qarşılaşacaq. Okan Burukun komandası daha sonra iyulun 15-də Almaniya təmsilçisi “Fortuna Düsseldorf”la qarşılaşacaq. İyulun 18-də Slovakiyanın “Trecin” komandası ilə yoldaşlıq oyunu keçirəcək “Galatasaray” Avstriyadakı düşərgəsini başa vuraraq İstanbula qayıdacaq.

Sarı-qırmızılar iyulun 22-27-də Avstriyanın İrdninq bölgəsində ikinci mərhələnin xaricdəki düşərgəsini keçirəcək. “Galatasaray” bu prosesdə İtaliyanın “Lecce” və “Parma” komandaları ilə qarşılaşacaq.

Bahar Rüstəm