Galatasaraydan Yusuf Demir qərarı

Bakı, 13 iyul, Sporaz.tv

Ötən mövsümü icarə əsasında “Basel“də keçirən Yusuf Demir “Galatasaray“a qayıdıb və düşərgəyə qatılıb. “Sarı-qırmızılar”ın “LASK Linz“lə keçirdiyi yoldaşlıq oyununda effektiv oyunu ilə Okan Burukdan keçid qiyməti alan 21 yaşlı futbolçu əcnəbi sayılacağı üçün heyətdə yer almayıb. Bu mövsüm Avropada deyil, Türkiyədə bir komandaya icarəyə veriləcəyi gündəmdə olan Demir üçün Super Liqanın yeni komandasının gündəmində olduğu iddia edilib.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”ın heyətinə 6 milyon avroluq transfer qarşılığında qatılan, lakin əcnəbilər hökmranlığına görə İsveçrənin “Basel” komandasına icarəyə verilən Yusuf Demir sarı-qırmızılılara qayıdıb.

21 yaşlı futbolçu “Galatasaray”ın düşərgəsinə qatılıb və “LASK Linz”lə yoldaşlıq görüşündə təsirli oyun göstərib.

Okan Burukdan tərif alan Yusuf Demir bu mövsüm əcnəbi sayılacağı üçün heyətdə yer almayıb.

“Galatasaray” gənc futbolçunun oynamağa vaxtı tapa biləcəyi klub axtarır.

Sporaz.tv-nin xəbərinə əsasən, bu mövsüm Yusuf Demiri Avropaya göndərmək istəməyən sarı-qırmızılılar 21 yaşlı futbolçunun Türkiyədə oynamasını istəyir.

Transfer cəhdlərini davam etdirən Super Liqanın yeni komandası “Eyüpspor”un Yusuf Dəmirlə maraqlandığı və futbolçu ilə görüş keçirdiyi iddia edilib.