“Galatasaray”dan Yunus Akgün qərarı

Bakı, 16 noyabr, Sporaz.tv

Manchester United“(Mançester Yunayted)-in baş məşqçisi Ruben Amorimin “Sporting“-i çalışdırarkən izləməyə başladığı Yunus Akgünü transfer siyahısına əlavə etdiyi iddia edilib. Yunus Akgünə təklif gələcəyi təqdirdə “Galatasaray”(Qalatasaray) rəhbərliyinin atacağı hərəkət bəlli olub.

Sporaz.tv məlumat verir ki, Kerem Aktürkoğlunun “Galatasaray“-dan ayrılmasından sonra tapdığı fürsətdən yaxşı istifadə edən Yunus Akgün, çıxışı ilə Avropanın diqqətini çəkib.

“Sporting”-i çalışdırarkən Yunus Akgünü izləməyə başlayan məşqçi Ruben Amorim, “Manchester United”-in baş məşqçisi olduqdan sonra türkiyəli futbolçunu transfer siyahısına əlavə edib.

İngiltərə yığmasının heyətini yenidən quracaq Amorimin Yunus Akgün üçün rəhbərliyə müsbət hesabat verdiyi bildirilib.

“Galatasaray” isə Yunus Akgünü satmaq istəmir. Sarı-qırmızılıların astronomik təklif gəlməyincə Yunus Akgünü satmayacağı düşünülür.

Yunus Akgün bu mövsüm “Galatasaray”-ın heyətində 16 matçda forma geyinib. 24 yaşlı futbolçu bu matçlarda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.

Leave a Reply