“Galatasaray”dan yerli əməliyyatı

Bakı, 29 iyun, Sporaz.tv

Galatasaray” heyətini yerli futbolçularla gücləndirməyi planlaşdırır. Sarı-qırmızılıların transfer siyahısında Oğuz Aydından başqa Gökdeniz Bayrakdar da var.

Sporaz.tv məlumat verir ki, Galatasarayda transfer işləri davam edir. “Sarı-qırmızılar” yeni mövsümdə gənc və yerli adları heyətinə qatmaq istəyir.

“Galatasaray” son mövsümlərdə Kerem AktürkoğluBarış Alper Yılmazı transfer edib. Rəhbərlik hər iki futbolçunun inkişafından çox razıdır.

Ona görə də analoji transfer addımlarının atılması gözlənilir. “Galatasaray” rəhbərliyi “Corendon Alanyaspor”dan Oğuz Aydının transferini tamamlamağı hədəfləyir.

Sarı-qırmızılar 23 yaşlı futbolçu üçün 4-5 milyon avro ödəməyə razılaşıb. Bununla belə, “Corendon Alanyaspor”un 7 milyon avro gözləntisinin olduğu öyrənilib.

Sarı-qırmızılıların bir qədər pul və oyunçu dəyişikliyi edərək Aralıq dənizi komandasını razı salmağa çalışacağı bildirilib. “Galatasaray”ın digər alternativi isə Bodrum Futbol Klubunda çıxış edən Gökdeniz Bayrakdardır.

Gökdeniz Bayrakdar


22 yaşlı futbolçunun potensialına görə rəhbərliyin bu məsələdə canfəşanlıq etdiyi bildirilib. Barış Alper Yılmaz və ya Kerem Aktürkoğlu komandadan ayrılsa, gənc futbolçu ilə rəsmi danışıqlar başlayacaq.