“Galatasaray”dan Victor Nelsson qərarı

Bakı,28 may,Sporaz.tv

Superliqa çempionluğunu qazanan Galatasaray (Qalatasaray)-da Viktor Nelsson bu mövsüm göstərdiyi performansla diqqət çəkən adlardan biri olub.

Sporaz.tv xəbər verir ki, Avropadan talibləri olan danimarkalı müdafiəçi üçün Galatasaray (Qalatasaray) qərar verib.

Ötən mövsüm tərk etməyə icazə verilməyən danimarkalı müdafiəçi, bu dəfə heç bir maneə ilə üzləşməyəcək. Galatasaray (Qalatasaray)-ın Nelsson üçün 20 milyon avroluq təklifləri nəzərdən keçirəcəyi gözlənilir.

Nelsson bu mövsüm sarı-qırmızıların heyətində 46 matçda forma geyinib. 25 yaşlı müdafiəçi bu görüşlərdə 1 qol vurmağı bacarıb.