Bakı, 7 noyabr, Sporaz.tv
UEFA Avropa Liqasının 4-cü matçında “Tottenham“-ı 3:2 hesabı ilə məğlub edən “Galatasaray“,(Qalatasaray) 3-cü qələbəsini qazanıb. Sarı-qırmızılılar xallarını 10-a çatdırmağı bacarıb.
Sporaz.tv məlumat verir ki, UEFA Avropa Liqasının 4-cü həftəsində “Galatasaray”, “Tottenhem”-ı qəbul edib.
Sarı-qırmızılılar ilk hissədə vurduqları qollarla matçı 3-2 qazanıb. “Galatasaray”-ın qollarına Yunus Akgün və Victor Osimhen müəlliflik edib. “Tottenham”-ın qollarına isə Lankshaer və Solanke imza atıb.
4 matçda 3 qalibiyyət və 1 heç-heçə edən “Galatasaray” xalını 10-a çatdırıb. Bu mövsüm Avropa Liqasında ilk məğlubiyyətini alan “Tottenham”, 9 xalda qalıb.
Qarşılaşmaya ilk 11-də başlayan Mauro İcardi, 80-ci dəqiqədə zədələnib. Ulduz futbolçu, “Tottenham”-ın qapıçısı Forsterə təzyiq göstərərkən əzələlərini tutaraq yerə yıxılıb.
İcardi matçı davam etdirə bilməyib. Argentinalı ulduzun yerinə oyuna Michy Batshuayi daxil olub