“Galatasaray”dan sürpriz transfer

Bakı, 2 sentyabr, Sporaz.tv

Yarımmüdafiəçi transfer cəhdlərini davam etdirən “Galatasaray“da Koke iddiası ortaya atılıb. 14 ildir “Atletico Madrid”də çıxış edən Kokenin “Galatasaray”a transfer olub-olmayacağı maraq doğurur.

Sporaz.tv xəbər verir ki, Transfer üzərində çox çalışan “Galatasaray”ın Ismail Jakobsu rəsmən açıqlaması gözlənilsə də, gündəmdə olan məsələlərdən biri də yarımmüdafiənin gücləndirilməsidir.

Bu çərçivədə uzun müddətdir gündəmdə olan adlardan biri də Adrien Rabiot olub. Fransız futbolçudan sonra “Galatasaray” üçün yeni iddia ortaya atılıb.

“Galatasaray” “Atletico Madrid”də çıxış edən Koke üçün hərəkətə keçib.

“Galatasaray” rəhbərliyinin 14 ildən artıqdır “Atletico Madrid”də çıxış edən 32 yaşlı futbolçunun transferi ilə Hermosodakı mənfi atmosferi dağıtmaq istədiyi vurğulanıb.

Sarı-qırmızılıların Adrien Rabio üçün yeni təklif hazırladığı da xəbər təfərrüatında yer alıb.

Bahar Rüstəm