Bakı, 4 sentyabr, Sporaz.tv
Kerem Aktürkoğlunu “Benfica“(Benfika)-ya göndərən “Galatasaray“(Qalatasaray), sol cinah transfer cəhdlərini davam etdirir. Sarı-qırmızılar, Filip Kostic üçün son həmləsini edəcək.
Sporaz.tv məlumat verir ki, yay transfer dövrünün aktiv komandalarından olan “Galatasaray”-da sol cinah gücləndirmələri üçün işlər davam edir.
Kerem Aktürkoğlunu 12 milyon avroya “Benfica”-ya göndərən “Galatasaray”ın sol cinah mövqeyinə namizədlərdən biri Filip Kosticdir.
“Juventus“-da çıxış edən 31 yaşlı futbolçu üçün səylərini davam etdirən “Galatasaray”, transferi yekunlaşdırmaqda israrlıdır. “Galatasaray”, Filip Kostic üçün son addımını atacaq.
Bu mövsüm Çempionlar Liqasında iştirak edəcək “Juventus”, Kostici UEFA-ya bildirdiyi heyətə daxil etməyib. İtaliya nəhəngi, daha 2 illik müqaviləsi olan Filip Kostici 2022-ci ildə 14,7 milyon avroluq müqavilə imzalayıb.
Qeyd edək ki, Serbiyalı futbolçu ötən mövsüm A Seriyasında və İtaliya Kubokunda ümumilikdə 33 oyuna çıxıb və 2107 dəqiqə meydanda olub. Kostic 4 məhsuldar ötürmə edib.