“Galatasaray”dan sol cinah üçün transfer cəhdləri

Bakı, 4 sentyabr, Sporaz.tv

Kerem Aktürkoğlunu “Benfica“(Benfika)-ya göndərən “Galatasaray“(Qalatasaray), sol cinah transfer cəhdlərini davam etdirir. Sarı-qırmızılar, Filip Kostic üçün son həmləsini edəcək.

Sporaz.tv məlumat verir ki, yay transfer dövrünün aktiv komandalarından olan “Galatasaray”-da sol cinah gücləndirmələri üçün işlər davam edir.

Kerem Aktürkoğlunu 12 milyon avroya “Benfica”-ya göndərən “Galatasaray”ın sol cinah mövqeyinə namizədlərdən biri Filip Kosticdir.

Juventus“-da çıxış edən 31 yaşlı futbolçu üçün səylərini davam etdirən “Galatasaray”, transferi yekunlaşdırmaqda israrlıdır. “Galatasaray”, Filip Kostic üçün son addımını atacaq.

Bu mövsüm Çempionlar Liqasında iştirak edəcək “Juventus”, Kostici UEFA-ya bildirdiyi heyətə daxil etməyib. İtaliya nəhəngi, daha 2 illik müqaviləsi olan Filip Kostici 2022-ci ildə 14,7 milyon avroluq müqavilə imzalayıb.

Qeyd edək ki, Serbiyalı futbolçu ötən mövsüm A Seriyasında və İtaliya Kubokunda ümumilikdə 33 oyuna çıxıb və 2107 dəqiqə meydanda olub. Kostic 4 məhsuldar ötürmə edib.