Galatasaraydan Sivasspora fərqli tarif

Bakı , 5 may , Sporaz.tv

Lider “Galatasaray“(Qalatasaray) Trendyol Super Liqasının XXXV həftəsində “Sivasspor“u 6:1 hesabı ilə məğlub edib. Sarı-qırmızılar bir mövsümdə ən çox xal toplayan komanda adının yeni sahibi olub.

Sporaz.tv xəbər verir ki, RAMS Parkda 45 mindən çox azarkeş önündə keçirilən qarşılaşmaya sürətli başlayan sarı-qırmızılı komanda 11-ci dəqiqədə Hakim Ziyeç və 38-ci dəqiqədə Dries Mertensin vurduğu qollarla fasiləyə 2-0 önə keçdi.

Sivas təmsilçisi matçın 54-cü dəqiqəsində Caner Osmanpaşanın vurduğu qolla fərqi 1-ə endirib. Bu qoldan sonra dərhal özünə gələn Galatasaray (Qalatasaray) 59-cu dəqiqədə Mauro İcardi və 60-cı dəqiqədə Ziyech hesabı birdən-birə 4-1-ə çatdırıb. Matçın 73-cü dəqiqəsində Mertens, 85-ci dəqiqədə İkardi ilə qol vuran “Cimbom” meydanı 6:1 hesablı qələbə ilə tərk edib.

Bu nəticə ilə Galatasaray( Qalatasaray) 35-ci həftədə 31-ci qələbəsini qazanıb. Qalan hissədə 3 heç-heçə və 1 məğlubiyyət olan sarı-qırmızılar xallarını 96-ya yüksəldib. Həftəyə ən yaxın izləyicisi Fenerbahçe (Fənərbaxça)nı 4 xal qabaqlayan lider kimi daxil olan Galatasaray (Qalatasaray) daha çox matçla liderliyini 7-yə yüksəldib.”Sivasspor” isə yaxşı formada gəldiyi liqada son 4 matçda İstanbuldan fərqli məğlubiyyətlə 3 qələbə, 1 heç-heçə ilə ayrılıb və 48 xalla qalıb.

Onu da qeyd edək ki, 3 xallıq sistemə keçdikdən sonra Galatasaray (Qalatasaray) Super Liqada bir mövsümdə ən çox xal toplayan komanda adını Fenerbahçe (Fənərbaxça)-dan alıb. “Fenerbahçe” 1988-1989 mövsümündə 93 xal toplayıb.

Vüqar Alışov