“Galatasaray”dan Sergio Olivieraya sərvət

Bakı, 5 sentyabr, Sporaz.tv

Sergio Oliveiranın “Galatasaray“(Qalatasaray)-la müqaviləsinə xitam verilib. Sarı-qırmızılar, portuqaliyalı futbolçuya xitam haqqı olaraq böyük məbləğdə ödəniş edəcək.

Sporaz.tv məlumat verir ki, Victor Osimhenin transferi ilə gündəmdə olan Sergio Oliveira ilə müqavilənin ləğvi üçün “Galatasaray”-ın ödədiyi məbləğ səs-küy yaradıb.

“Galatasaray”, daha 2 illik müqaviləsi olan Sergio Oliveira ilə yollarını ayırıb.

“Galatasaray”-dan 6,4 milyon avro almalı olan Sergio Oliveira kluba çox cüzi endirim edib. Sarı-qırmızılılar, portuqaliyalı futbolçu ilə 5,8 milyon avroya ayrılmaq üçün anlaşıb. Oliveiraya bu ödənişin 3 il ərzində hissə-hissə taksitlə həyata keçiriləcəyi bildirilib. 32 yaşlı futbolçu, “Galatasaray”-da 2 milyon 750 min avro qazanırdı.

Sergio Oliveira, “Galatasaray”-dan ayrıldıqdan sonra Yunanıstanın “Olympiakos” komandası ilə müqavilə imzalayıb.