“Galatasaray”dan sağ cinah müdafiəçisi transferi üçün yeni həmlə

Bakı, 24 iyul, Sporaz.tv

Sağ cinah müdafiəçisi transferi üçün səylərini davam etdirən “Galatasaray“(Qalatasaray), Elias Jelert üçün daha bir addım atıb. Galatasaray Jelertin Türkiyəyə gəlməsini səbirsizliklə gözlədiyi bildirilib.

Sporaz.tv məlumat verir ki, yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Galatasaray”ın bir nömrəli gündəmi sağ cinah müdafiəsidir. Douenin transferini tamamlaya bilməyən “Galatasaray”, növbəti dəfə Elias Jelertlə bağlı qərar verib.

“Galatasaray” “Kopenhagen“də çıxış edən Elias Jelert üçün daha bir addım atıb.

“Sarı-qırmızılılar”ın səylərinə yenidən başladığı 21 yaşlı futbolçunun Türkiyəyə gəlişini səbirsizliklə gözlədiyi vurğulanıb.

Kopenhagen bir müddət əvvəl Elias Jelert üçün Galatasaraydan təklif aldığını təsdiqləyərək, danışıqların davam etdiyini açıqlamışdı.

Kopenhagenlə daha 3 illik müqaviləsi olan danimarkalı sağ cinah müdafiəçisinin hazırkı bazar dəyəri 5,5 milyon avrodur.

Elias Jelert əvvəlki mövsümdə ümumilikdə 45 matça çıxıb və 3577 dəqiqə meydanda olub.