“Galatasaray”dan “Milan”ın kapitanına cəlbedici təklif

Bakı, 29 iyul, Sporaz.tv

Kopenhagendən Elias Jelerti sağ cinah müdafiəsinə transfer edən “Galatasaray“(Qalatasaray)ın, “Milan“ın kapitanı “Davide Calabria”(Davide Kalabriya)nı da gündəmə gətirdiyi bildirilib. Ulduz futbolçuya İtaliya nəhəngindən aldığı maaşdan çox təklif etdiyi iddia edilib.

Sporaz.tv məlumat verir ki, “Beşiktaş“la Super Kubok matçı hazırlıqlarını davam etdirən “Galatasaray”, transfer işlərinə davam edir.

Danimarkanın Kopenhagen komandasından transfer olunan Elias Jelertlə sağ cinah müdafiəsini gücləndirən sarı-qırmızılıların, bu mövqe üçün İtaliya nəhəngi Milan komandasının kapitanı Davide Calabriaya da təklif etdiyi iddia edilirdi.

Bu yaxınlarda “Galatasaray”dan Kalabriyaya cəlbedici təklif gəlib.

Xəbər təfərrüatında, sarı-qırmızılı klubun 27 yaşlı sağ cinah müdafiəçisinə Milanda aldığı maaşdan daha yüksək maaş təklif etdiyi iddia edilsə də, Davide Kalabria bu təklifi rədd edib.

İtaliya komandasının infrastrukturunda məşq edən və 9 ildir A komandasında çıxış edən Calabrianın, “Milan”ı tərk etmək fikrində olmadığı və növbəti mövsümdə başa çatacaq müqaviləsinin yenilənməsini gözlədiyi bildirilib.

Əvvəlki mövsümdə bütün yarışlarda 41 matça çıxan Davide Calabria 1 qol vurub, 4 məhsuldar ötürmə edib.