“Galatasaray”dan Michy Batshuayi qərarı

Bakı, 13 iyun, Sporaz.tv

Fenerbahçe” ilə müqaviləsi başa çatan Michy Batshuayinin meneceri “Galatasaray“la danışıqlar apardığı iddia edilib. Belçikalı hücumçunun menecerlərinin İcardinin maaşına əsaslanaraq istədikləri məbləğ heyrət doğurub.

Sporaz.tv xəbər verir ki, karyera mövsümlərindən birini “Fenerbahçe” forması altında keçirən Michy Batshuayinin taleyi maraq doğurur.

“Galatasaray”ın “Fenerbahçe” ilə müqaviləsi başa çatan Michy Batshuayini almaqda maraqlı olduğu iddia edilib.

Ancaq təmsilçilərinin belçikalı hücumçu üçün “Galatasaray”dan istədikləri məbləğin kifayət qədər yüksək olduğu üzə çıxıb.

Michy Batshuayinin nümayəndələri qərarlarını Mauro İcardinin 10 milyon avro maaşı ilə əsaslandırıblar.

Buna uyğun olaraq Batshuayi üçün 5 milyon avro və imza haqqı istənilib.

Rəqəmi kifayət qədər yüksək görən “Galatasaray” idarəçilərinin Batshuayi cəbhəsi ilə danışıqlar belə aparmadığı iddia edilib.

Ötən mövsüm Batshuayi “Fenerbahçe”nın heyətində 43 oyunda 1865 dəqiqə meydanda olub.

30 yaşlı futbolçu bu matçlarda 24 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bahar Rüstəm