“Galatasaray”dan məğlubiyyətsizlik seriyasının 2-ci mövsümü

Bakı, 11 noyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray), bu mövsüm qol vurmaqda təsirli oyunu ilə diqqət çəkir. Liqada 11 matçda 32 qol vuran sarı-qırmızılılar, ikinci ən çox qol vuran mövsümü yaşayır.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”, bu mövsüm hücumçu oyunu ilə seçilir. Sarı-qırmızılılar, Trendyol Super Liqasında məğlubiyyətsiz liderliyini davam etdirir.

Bütün yarışlarda 18 rəsmi matça çıxan “Galatasaray”, bu müddətdə 46 dəfə fərqlənib. Sarı-qırmızılılar, 32 qolla liqada ən çox qol vuran komandadır.

UEFA Avropa Liqasında 12 dəfə toru silkələyən Okan Burukun komandası, 13 qolla “Ajax“(Ayaks)-dan geri qalır.

“Galatasaray”, bu mövsüm liqanın ən yaxşı startlarından birini etdi. 11 matçda 32 dəfə qol qeyd edən sarı-qırmızılı komanda, bu sahədə liqada ikinci ən yüksək xala çatıb.ğ

“Galatasaray” daha əvvəl 1998-1999-cu il mövsümünün eyni dövründə 35 qol vurmuşdu. “Galatasaray”-ın ulduzu Victor Osimhen təsirli hücum oyunu ilə komandasını zirvədə saxlamağa davam edir.

Nigeriyalı futbolçu, bu mövsüm liqada və Avropada ümumilikdə 9 matçda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

6 liqa matçında 6 qol vuran Osimhen, 2 məhsuldar ötürmə də edib. 25 yaşlı futbolçu Türkiyə Liqasının ilk 6 matçında qol vuran ilk futbolçu olub.

Leave a Reply