Bakı, 23 avqust, Sporaz.tv
Kerem Aktürkoğlunun “Galatasaray“ın kapitanlığı ilə bağlı açıqlaması böyük əks-səda yaratdı. “Galatasaray”ın Kerem Aktürkoğlunun transferi ilə bağlı son qərarı bu açıqlamadan sonra verdiyi iddia edilib.
Sporaz.tv xəbər verir ki, “Young Boys”a 3:2 hesabı ilə uduzan “Galatasaray”da Muslera oyunu tərk etdikdən sonra Kerem Aktürkoğlu kapitanlıq sarğısını taxmayıb.
Türk futbolçu bu məsələ ilə bağlı verdiyi açıqlamada “…Əmin olduğum odur ki, bundan sonra qolumda kapitanlıq sarğısı olmasa belə, yenə də əlimdən gələni edəcəm. Lazım olanda stadiona çıxacam və “Galatasaray” üçün hər şeyi edəcəm” dedi.
Bu yenilikdən sonra “Galatasaray” rəhbərliyinin Aktürkoğlunu ilə bağlı son qərarını verdiyi iddia edilib. Kerem Aktürkoğlunun açıqlamasından sonra futbolçunun satılmasına qərar verilib.
Kerem Aktürkoğlu bu mövsüm “Galatasaray”da 4 oyun keçirib. 25 yaşlı futbolçu bu matçlarda 239 dəqiqə meydanda olub və 1 qol vurub və 2 məhsuldar ötürmə edib.