“Galatasaray”dan İlkay Gündoğan əməliyyatı

Bakı, 19 avqust, Sporaz.tv

Galatasaray” “Barcelona“dan ayrılması gündəm olan İlkay Gündoğan üçün yenidən hərəkətə keçib. İlkay Gündoğanın transferi ilə bağlı son qərarını bir həftə ərzində verəcəyi bildirilib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”ın İlkay Gündoğan kitabı növbəti dəfə açılıb.

“Barcelona”nın baş məşqçisi Hansi Flick İlkay Gündoğanla görüşüb və futbolçuya müntəzəm oynamaq şansı verməyəcəyini bildirib.

Gələcəyi ilə bağlı qərar mərhələsində olan İlkay Gündoğanı istəyən klublar arasında “Galatasaray”ın da olduğu bildirilir.

“Galatasaray”ın “Barcelona”dan ayrılacağı təqdirdə İlkay Gündoğanı transfer edə biləcəyi vurğulanıb.

Futbolçunun Hansi Flicklə görüşdən sonra karyerasını planlaşdırdığı və son qərarını bir həftə ərzində verəcəyi bildirilirdi.

İlkay Gündoğan üçün “Al-Nassr”ın da planda olduğu, ancaq Səudiyyə Ərəbistanı komandasının futbolçunu razı salmalı olduğu qeyd edilib.

“Barcelona” 2023-24 mövsümünün əvvəlində İlkay Gündoğanla müqavilə imzalayıb və 2+1 illik müqavilə imzalayıb.

Təcrübəli futbolçu ötən mövsüm “Barcelona”nın heyətində ümumilikdə 51 oyuna çıxıb və 4180 dəqiqə meydanda olub, 5 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Bahar Rüstəm