Bakı, 14 oktyabr, Sporaz.tv
Ötən həftələrdə Hakim Ziyechin “Galatasaray“(Qalatasaray)-dan ayrılacağı ilə bağlı iddialar gündəm olub. Sarı-qırmızılarda zədəsini sağaldan Hakim Ziyechlə bağlı qərar verilib.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın mövsümün əvvəlində 1+1 illik müqavilə imzaladığı Hakim Ziyech, zədə səbəbindən bir müddət komandadan uzaqlaşıb.
Bir neçə həftə əvvəl mətbuatda Ziyechin “Galatasaray”-dan ayrılacağı ilə bağlı iddialar yer almışdı və mərakeşli ulduzun fasilədə vidalaşacağı vurğulanmışdı.
Digər tərəfdən “Galatasaray” texniki qrupu, mərakeşli ulduzla bağlı qərarını verib. Zədəsini sağaldan və bir müddət məşqlərini davam etdirən Hakim Ziyech öz ritmini tapıb.
Okan Buruk, beynəlxalq fasilədən sonra çıxışından razı qaldığı Hakim Ziyechə şans verəcək. Xəbərdə futbolçunun, Mertensin əvəzinə 10 nömrədə və cinah rotasiyasında oynayacağı barədə ətraflı məlumat verilib.
Bu mövsüm bütün yarışlarda 4 matça çıxan və 237 dəqiqə meydanda olan Ziyech hesaba töhfə verə bilməyib.