Galatasaraydan “Hakim Ziyech” qərarı

Bakı, 29 iyul, Sporaz.tv

Galatasaray“(Qalatasaray)da düşərgə dövrünün ən tanınmış adlarından olan “Hakim Ziyech“(Hakim Ziyeç) üçün qərar verilib. Komandada gələcəyi maraq doğuran mərakeşli ulduzun sarı-qırmızılılarla yollarını ayırmasının bircə şərti var.

Sporaz.tv məlumat verir ki, ötən mövsüm “Galatasaray”ın heyətində kritik anlarda forma geyən və vurduğu qollarla komandasına kömək edən Hakim Ziyech, mövsüm boyu ümumilikdə gözləntilərin altında qaldı.

Yeni mövsüm hazırlıqları çərçivəsində hər iki təlim-məşq toplanışına qatılan Hakim Ziyech, göstərdiyi performansla Okan Burukdan keçid qiyməti alıb.

Fortuna Düsseldorfla qarşılaşmada əvəzedicidən meydana çıxan Ziyech, Trencin, Lecce və Parma ilə matçlarda start 11-də yer alıb.

Galatasarayda gələcəyi maraq doğuran mərakeşli ulduzla bağlı qərar verilib.

“Galatasaray” astronomik təklif gəlməyincə Hakim Ziyechi satmayacaq.

Hakim Ziyech ötən mövsüm “Galatasaray”ın heyətində 23 oyun keçirib.

Bu matçlarda 1329 dəqiqə meydanda olan 31 yaşlı futbolçu 8 qol vurub və 4 məhsuldar ötürmə edib.