“Galatasaray”dan Gabriel Sara paylaşımı

Bakı, 5 avqust, Sporaz.tv

Galatasaray” sosial media hesabından yeni transferi Gabriel Sara ilə bağlı paylaşım edib. “Galatasaray”ın yaydığı paylaşımda “Gabriel Sara Türkiyənin ən böyüyünə xoş gəlmisən” sözləri işlədilib.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” yeni transferi Gabriel Sara üçün “Norwich”ə 3 mövsümə yayılmış 9 bərabər hissədə 18 milyon avro ödənəcəyini açıqlayıb. “Sarı-qırmızılar” 5 illik müqavilə bağladıqları futbolçuya ildə 2 milyon 750 milyon avro ödəyəcəklərini açıqlayıb.

Digər tərəfdən “Galatasaray” sosial media hesabında bu səhər Gabriel Sara ilə daha bir paylaşım olub.

“Sarı-qırmızılılar” paylaşıb: “Gabriel Sara Türkiyənin ən böyüyünə xoş gəlmisən”. Braziliyalı futbolçu “Galatasaray”da 20 nömrəli formanı geyinəcək.

Bahar Rüstəm