“Galatasaray”dan Davinson Sanchez üçün rekord transfer qiyməti

Bakı, 6 avqust, Sporaz.tv

Galatasaray“(Qalatasaray)ın uğurlu müdafiəçisi “Davinson Sanchez“(Davinson Sançes)lə iki klub maraqlanır. Sarı-qırmızılıların, kolumbiyalı müdafiəçi üçün rekord transfer haqqı təyin etdiyi iddia edilirdi.

Superliqanın başlamasına az qalmış transfer cəhdlərini davam etdirən “Galatasaray”da sürpriz gedişlər də ola bilər. Sarı-qırmızılılar, bu rəqəmi uğurlu müdafiəçisi Davinson Sanchezlə maraqlanan klublara verib.

Galatasaray”ın ulduzu Davinson Sanchezə Napoli və İngiltərədən talib var.

Sarı-qırmızılılar, Sacha Boey üçün olduğu kimi Davinson Sanchez üçün də 30 milyon avro etiket təyin ediblər.

Sanchez bu məbləğə transfer olunsa, Sacha Boeyin transfer rekordunu paylaşacaq.

Mümkün bir ayrılıq halında “Galatasaray” bu transferdən gələn pulla yaxşı müdafiəçi alacaq.

Qalan məbləğ digər transferlər üçün büdcəni təmin edəcək.

Davinson Sanchez ötən mövsüm “Galatasaray”ın heyətində 34 oyun keçirib.

28 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.