“Galatasaray”dan daha 4 transfer

Bakı, 3 sentyabr, Sporaz.tv

Victor Osimhenin transferi ilə böyük səs-küy yaradan “Galatasaray“da yeni mövsüm üçün gücləndirmə işləri bütün sürətiylə davam edir.

Sporaz.tv xəbər verir ki, Adrien Rabiot üçün “Galatasaray”da danışıqlar davam edir.

Rabiotun 8 milyon avroluq maaş tələbini qəbul edən “Galatasaray”a cavabını sabah göndərəcək.

“La Gazzetta dello Sport”un xəbərinə görə, Adrien Rabiot “Milan”ın təklifini rədd edib.

“Galatasaray” “Juventus”da çıxış edən Weston McKennie və Filip Kostic üçün İtaliya nəhəngi ilə danışıqlara başlayıb.

“Sarı-qırmızılar” hər iki futbolçunu ya icarəyə, ya da alış yolu ilə öz rənglərinə bağlamağı planlaşdırır. McKennie və Kosticin vəziyyətlərinin bu gün aydın olacağı gözlənilir.

Okan Burukun istəyi ilə mərkəz müdafiəçisini də transfer etməyi planlaşdıran “Galatasaray” qaçırılan Hermosonun əvəzinə Alexandroya qərar verib.

Sarı-qırmızılıların digər müdafiəçi namizədləri Mats Hummels və Ahmetcan Kaplandır.

Bahar Rüstəm