“Galatasaray”dan azarkeşlərinə xəbərdarlıq

Bakı, 21 avqust, Sporaz.tv

Galatasaray” klubu Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında bu axşam səfərdə keçiriləcək “Young Boys” matçı öncəsi azarkeşlərinə xəbərdarlıq edib. “Sarı-qırmızılılar”ın verdiyi açıqlamada bir sıra məlumatlar verilib və mümkün mənfiliklər halında həbs cəzası ilə üzləşə biləcəyiniz vurğulanıb.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” klubu İsveçrədə “Young Boys” matçı öncəsi azarkeşlərinə xəbərdarlıq edib.

Mövzu ilə bağlı “Galatasaray”ın açıqlaması belədir:

“İsveçrədəki Böyük Galatasaray azarkeşlərinin nəzərinə!

Azarkeşlərimiz yerli vaxtla saat 16.00-dan etibarən Bern şəhərinin mərkəzindəki Aarbergergassedə toplaşacaqlar.

“Young Boys”la qarşılaşma üçün qapının açılış vaxtı yerli vaxtla 19.30 müəyyənləşib.

Görüş nöqtəsinin yaxınlığındakı Bollwerk dayanacağından 20 nömrəli avtobusla stadiona çata bilərsiniz.

Tərəfdarların yürüşləri ümumiyyətlə qadağandır və İsveçrə Cinayət Məcəlləsinə əsasən pankartlar, bayraqlar, geyimlər və s. üzərində qadağan edilə bilər. Siyasi və ya zorakı mesajlar qadağandır. Bundan əlavə, siyasi mesajlar verən və ya zorakılığa sövq edən hər hansı şüarlar, şifahi ifadələr və s. qadağandır. Xatırlatmaq istərdik ki, tələblər yerinə yetirilmədiyi təqdirdə səlahiyyətlilərin daha sərt qaydalar tətbiq etmək hüququ var. Yenə də İsveçrə qanunlarına görə, yerli hakimiyyət orqanlarının xəbərdarlığı ilə şəhərdə və stadionda məşəl, şarampul və torpeda kimi əşyalardan istifadə etmək qəti qadağandır. Bu maddələrdən istifadə olunarsa, onlardan istifadə edən şəxslər saxlanılma sanksiyası ilə üzləşə bilər”.

Bahar Rüstəm