“Galatasaray”dan ayrılan: “Nicolo Zaniolo müqavilə imzalayır”

Bakı, 4 iyun, Sporaz.tv

Galatasaray” növbəti dəfə Nicolo Zaniolo ilə vidalaşmağa hazırlaşır. “Sarı-qırmızılar” “Atalanta“nın italyan futbolçu üçün təklifini qəbul edib.

Sporaz.tv məlumat verir ki, A Seriya komandası Zaniolonu şərti alış opsiyonu ilə icarəyə götürəcək. Mövsümün sonunda müqavilə bəndləri yerinə yetirilərsə, “Galatasaray” bu transferdən 20 milyon avrodan çox qazanacaq.

İtaliyalı futbolçu səhhəti yoxlanıldıqdan sonra rəsmi müqaviləyə imza atacaq.

25 yaşlı hücumçu ötən mövsümü icarə əsasında Aston Villada keçirib. “Sarı-qırmızılar” Nicolo Zaniolonu 2022-2023 mövsümü üçün 15 milyon avroya heyətinə qatıb.