“Galatasaray”dan Abdülkerim Bardakcı qərarı

Bakı, 8 avqust, Sporaz.tv

Səudiyyə Ərəbistanının “Al-Kholood” komandasının Abdülkerim Bardakcı üçün “Galatasaray”ın qapısını döydüyü iddia edilib. Bu inkişaflardan sonra sarı-qırmızılıların, Abdülkerim Bardakcının transfer qiymətini təyin etdiyi bildirilib. Bu rəqəm qəbul olunarsa, “Galatasaray”(Qalatasaray) Abdülkerim Bardakcının gedişinə razılıq verəcək.

Sporaz.tv məlumat verir ki, ardıcıl gedişlərin baş verə biləcəyi Galatasarayda Abdülkerim Bardakcının karvana qatılıb-qatılmayacağı maraq doğurur.

Səudiyyə Ərəbistanının “Al-Kholood” komandası Abdülkerim Bardakcı üzərində israr etməyə davam edir.

Al-Kholoodun sarı-qırmızılıların uğurlu müdafiəçisinə böyük maaş təklif etdiyi bildirilir.

Səudiyyə Ərəbistanı komandasının təkidi ilə “Galatasaray” da Abdülkerim Bardakicin transfer qiymətini müəyyənləşdirib.

Sarı-qırmızılıların 15 milyon avro və daha çox təklif alınacağı təqdirdə Abdülkerim Bardakcının gedişinə razılıq verəcəyi bildirilir.

Abdülkerim Bardakcı ötən mövsüm “Galatasaray”ın heyətində 44 oyun keçirib.

29 yaşlı futbolçu bu görüşlərdə 7 qol vurmağı bacarıb.