“Galatasaray”dan 7 futbolçu ilə bağlı qərar

Bakı, 9 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray), yeni transferlərinin gerisində qalan maaşı olan futbolçularında təkmilləşdirmələr aparmağa hazırlaşır. Sarı-qırmızılıların iki futbolçusuna ciddi maaş verəcəyi bildirilib.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”, 2 mövsümdür komandasının qazandığı çempionluqlarda əməyi olan futbolçularının maaşlarını artırmağa hazırlaşır.

“Galatasaray”, transfer dövrü bağlandıqdan sonra 7 futbolçusunun maaşını artıracaq.

Sarı-qırmızılıların qısa müddətdə Barış Alper Yılmaz, Abdülkerim Bardakcı, Nelsson, Kaan Ayhan, Kerem Demirbay, Berkan Kutlu və Yunus Akgünlə masa arxasına oturacağı gözlənilir.

“Galatasaray”-ın Barış Alper Yılmaz və Abdülkerim Bardakcının maaşlarında ciddi irəliləyişlər edəcəyi və hər iki futbolçunun illik maaşını təxminən 70 milyon lirəyə yüksəldəcəyi bildirilib.

“Galatasaray” rəhbərliyinin bu gedişlə yerli futbolçuların motivasiyasını artırmağı planlaşdırdığı bildirilib.

Leave a Reply