“Galatasaray”da Yunus Akgün qərarı

Bakı, 8 oktyabr, Sporaz.tv

GalatasarayYunus Akgünün müqaviləsini uzatmaq istəyir. “Sarı-qırmızılılar” gənc futbolçunun maaşını artırmağı və 4 illik yeni müqavilə imzalamağı planlaşdırır.

Sporaz.tv xəbər verir ki, Ötən mövsüm “Championship”də “Leicester City”də icarə əsasında oynadıqdan sonra “Galatasaray”a qayıdan Yunus Akgün bu mövsüm sarı-qırmızılıların diqqət çəkən adlarındandır.

Superliqa və Avropa Liqasındakı performansı ilə bu mövsüm “Qalatasaray”ın ən təsirli adlarından biri olan Yunus Akgün 11 matçda forma geyinib.

24 yaşlı futbolçu bu matçlarda 4 qol vurduğu halda, liqada “Alanyaspor”la son matçda komandasına qələbə qazandıran o olub.

Sarı-qırmızılı komandanın rəhbərliyi bu mövsüm “Galatasaray” forması ilə uğurlu çıxış edən Yunus Akgünün müqaviləsini yeniləmək istəyir.

“Galatasaray”ın daha 2 illik müqaviləsi olan Yunus Akgünlə 4 illik yeni müqavilə imzalamağı planlaşdırdığı və maaşının 11 milyon lirədən 40 milyon lirəyə qaldırılacağı bildirilib.

Futbola “Galatasaray” akademiyasında başlayan Yunus Akgün 2018-ci ildə A komandasına yüksəlib.

Gənc futbolçu 2 mövsüm “Adana Demirspor”da icarə əsasında çıxış etdiyi halda, son mövsümü “Adana Demirspor”da keçirib.

Yunus Akgün karyerası ərzində 197 matçda 41 qol vurub, 42 məhsuldar ötürmə edib.

Bahar Rüstəm