Bakı, 1 noyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray)-ın mövsümün əvvəlində heyətinə qatdığı futbolçular qollu töhfələri ilə diqqət çəkir. Sarı-qırmızıların yeni transferləri, indiyədək 10 dəfə rəqib qapısına yol tapıb və 12 qol vurub.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın yeni transferləri yaxşı uyğunlaşıb. Sarı-qırmızılılar, yay transfer dövründə heyətini 6 futbolçu ilə gücləndirib. Bu futbolçulardan 4-ü qol töhfələri ilə diqqət çəkir.
Mövsümün əvvəlində qiyməti tənqid olunan Gabriel Sara, komandanın vazkeçilməz adlarından birinə çevrilib. 14 matçda 2 dəfə toru silkələyən braziliyalı futbolçu, 6-da qol ötürməsi edib.
“Galatasaray”-ın nigeriyalı hücumçusu Victor Osimhen hücumda fərqlənib. 25 yaşlı futbolçu, meydana çıxdığı 7 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.
Sarı-qırmızılılar, digər hücumçu Michy Batshuayidən də mühüm töhfələr alıb. Belçikalı futbolçu, 15 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.
İsmail Jakobs 1 qol ötürməsi versə də, Roland Sallai və Elias Jelert hesaba hələlik töhfə verməyib.