“Galatasaray”da yeni sezon planlaması

Bakı,15 may,Sporaz.tv

Galatasaray“da mövsümün sonu yaxınlaşdıqca transfer gündəmi daha da aktivləşməyə başlayıb. Sarı-qırmızılıların Wilfried ZahaTete üçün təklifləri dəyərləndirəcəyi öyrənilib.

“Galatasaray”da yeni mövsümün planlarına start verilib. Sarı-qırmızılı komandadan ayrılacaq futbolçular getdikcə aydınlaşır.

Mövsümün əvvəlində “Kristal Pelas“dan transfer olunan Wilfried Zaha gözləntilərdən aşağı düşüb. Bu mövsüm 40 matçda meydana çıxan təcrübəli futbolçu 10 qol vurub, 4 məhsuldar ötürmə edib.Galatasaray pulsuz transferlə transfer etdiyi Fil-Divuarlı futbolçudan ciddi gəlir əldə etməyi hədəfləyir.

İngiltərə və Səudiyyə Ərəbistanından bir neçə komandanın Zaha ilə maraqlandığı və rəhbərliyin təklifləri dəyərləndirəcəyi öyrənilib.

Komandadan ayrılacağı gözlənilən digər futbolçu isə Tetedir… Cari mövsümdə 43 rəsmi matçda 3 dəfə fərqlənən 24 yaşlı futbolçu 4 qol da verib.Tete ilə Braziliya liqa komandalarından olan “Palmeiras”ın maraqlandığı bildirilib. “Galatasaray” rəhbərliyi futbolçunu başqa komandaya icarəyə vermək imkanını da nəzərdən keçirir.