“Galatasaray”da ulduz oyunçu üçün zədə açıqlaması

Bakı, 12 sentyabr, Sporaz.tv

GalatasarayHakim Ziyechin yuxarı sağ arxa əzələ qrupunda ikinci dərəcəli qanaxma və qismən yırtığın aşkar edildiyini açıqlayıb.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” klubu Afrika Millətlər Kubokunun seçmə mərhələsində Mərakeş Millisinin Lesoto ilə matçında zədələnən Hakim Ziyechdə “qismən yırtıq” aşkarlandığını açıqlayıb.

Klubdan verilən açıqlamada, “Mərakeş Milli Komandasının Lesoto ilə oynadığı matçda sağ bel əzələsində ağrı hiss edən futbolçumuz Hakim Ziyechdə 2-ci dərəcəli gərginlik (dartılma, qanaxma) sponsorumuz olan Medicana xəstəxanasında aparılan yoxlamalar zamanı sağ üst arxa əzələ qrupunda qismən yırtıq var, müalicəsi başlayıb” deyildi.

Bahar Rüstəm

Leave a Reply