“Galatasaray”da son dəqiqə Wilfried Zaha inkişafı

Bakı, 28 avqust, Sporaz.tv

Qripə yoluxduğu üçün “Young Boys” matçı üçün heyətdə olmayacağı açıqlanan Wilfried Zahada qızğın inkişaf yaşanıb. Zaha, bu gün “Galatasaray“(Qalatasaray)-ın məşqində iştirak edib.

“Galatasaray”-dan ayrılmaq qərarına gələn və bunu rəhbərliyə çatdıran Wilfried Zaha, İngiltərə Premyer Liqası komandaları ilə əlaqə saxlasa da, razılığa gələ bilməyib.

Digər tərəfdən, Wilfried Zahanın qripə yoluxduğu üçün “Young Boys”(Yanq Boyz) matçı üçün heyətdə olmadığı açıqlanıb.

Dünən axşam keçirilən “Young Boys” matçını buraxan Zahanın bugünkü məşqdə iştirak etməsi diqqət çəkib.

“Galatasaray”, Super Liqanın 4-cü turunda səfərdə “Adana Demirspor“la 31 avqust şənbə günü saat 21:45-də qarşılaşacaq.