Galatasarayda sistemi dəyişən transfer

Bakı, 22 iyun, Sporaz.tv

Galatasaray“ın “Fenerbahçe” ilə müqaviləsi başa çatan Michy Batshuayi niyə heyətinə qatdığı bəlli olub.

Sporaz.tv məlumat verir ki, ötən mövsüm “Fenerbahçe”nin əvəzedicisində olmasına baxmayaraq, vurduğu qollarla sarı-göylülərə böyük töhfə verən Michy Batshuayi “Galatasaray”la anlaşması ilə transfer gündəmini çaşdırıb.

Sarı-qırmızılıların 3 illik xərci imza pulu ilə birlikdə 12 milyon avro olan təcrübəli hücumçuda niyə israr etdikləri bəlli olub.

Məşqçi Okan Burukun ulduz hücumçunu yalnız ehtiyat hücumçu hesab etmədiyi, zaman-zaman 4-4-2 sisteminə qayıdıb, komandanın qolçusu İcardi ilə meydanda onu düşündüyü öyrənilib.

Uğurlu məşqçinin 30 yaşlı hücumçunu razı salma prosesi zamanı futbolçu ilə bu fikri bölüşdüyü bildirilib.

Beləliklə, növbəti mövsüm üçün “Galatasaray” həm ehtiyat oyunçular skamyasında çox vacib möhkəmləndirmə etdi, həm də Okan Burukun planlaşdırdığı sistemə doğru mühüm addım atdı.