“Galatasaray”da proqram açıqlandı

Bakı, 12 iyun, Sporaz.tv

Galatasaray (Qalatasaray)-ın yeni mövsümə hazırlıq proqramı açıqlanıb.

Sporaz.tv xəbər verir ki, sarı-qırmızılı komanda hazırlıqları çərçivəsində Avstriyada iki düşərgə keçirəcək.

“Galatasaray” birinci mərhələ düşərgəsini 9-18 iyul tarixlərində Geinberg bölgəsində, ikinci mərhələ düşərgəsini isə 22-27 iyul tarixlərində İrdninq bölgəsində keçirəcək.