Bakı 24 sentyabr, Sporaz.tv
“Galatasaray” UEFA Avropa Liqasında ilk oyununda “PAOK“u qəbul edəcək. Sarı-qırmızılılar üçün cəzalı Fernando Muslera, zədəli Hakim Ziyec və UEFA-ya bildirilən heyətdə olmayan Roland Sallai bu matçda meydana çıxa bilməyəcək.
Sporaz.tv xəbər verir ki, Sarı-qırmızılıların heyətində Fernando Muslera, Hakim Ziyec və Roland Sallai “PAOK” matçında meydana çıxa bilməyəcək.
“Young Boys”a 1:0 hesabı ilə uduzduqları matçda rəqib komandanın qolundan sonra Alan Virginiusu yıxaraq qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılan Fernando Muslera 3 oyun cəza aldığı üçün sabahkı matçda heyətdə olmayacaq. – UEFA-nın oyunu dayandırması.
Mərakeş millisinin Lesoto ilə oyununda zədələnən Hakim Ziyec matçda meydana çıxa bilməyəcək.
Transferin son günündə Almaniyanın “Freiburg” klubundan “Galatasaray”a transfer olunan Roland Sallai “sarı-qırmızılar”ın UEFA Avropa Liqası heyətində yer almadığı üçün matçda iştirak etməyəcək.
Bahar Rüstəm