“Galatasaray”da PAOK matçı əvvəli 3 əskik

Bakı 24 sentyabr, Sporaz.tv

GalatasarayUEFA Avropa Liqasında ilk oyununda “PAOK“u qəbul edəcək. Sarı-qırmızılılar üçün cəzalı Fernando Muslera, zədəli Hakim Ziyec və UEFA-ya bildirilən heyətdə olmayan Roland Sallai bu matçda meydana çıxa bilməyəcək.

Sporaz.tv xəbər verir ki, Sarı-qırmızılıların heyətində Fernando Muslera, Hakim Ziyec və Roland Sallai “PAOK” matçında meydana çıxa bilməyəcək.

“Young Boys”a 1:0 hesabı ilə uduzduqları matçda rəqib komandanın qolundan sonra Alan Virginiusu yıxaraq qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılan Fernando Muslera 3 oyun cəza aldığı üçün sabahkı matçda heyətdə olmayacaq. – UEFA-nın oyunu dayandırması.

Mərakeş millisinin Lesoto ilə oyununda zədələnən Hakim Ziyec matçda meydana çıxa bilməyəcək.

Transferin son günündə Almaniyanın “Freiburg” klubundan “Galatasaray”a transfer olunan Roland Sallai “sarı-qırmızılar”ın UEFA Avropa Liqası heyətində yer almadığı üçün matçda iştirak etməyəcək.

Bahar Rüstəm

Leave a Reply