“Galatasaray”da Okan Burukla bağlı qərar verilib

Bakı, 29 avqust, Sporaz.tv

Galatasaray”, Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra Okan Buruk da tənqid hədəfinə çevrilib. “Sarı-qırmızılı” komanda Okan Burukla bağlı qərarını verib.

Sporaz.tv xəbər verir ki, Çempionlar Liqasında “Young Boys”un mübarizədən kənarlaşdırdığı “Galatasaray”da, baş məşqçi Okan Buruk, rəhbərlik və futbolçular tənqid mərkəzinə çevrilib. Rəhbərlik Okan Buruku dəstəkləməyə qərar verib. İdarə heyətinin yeni transferlərin kluba adaptasiya olmasından sonra komandanın daha da yaxşılaşacağını düşünür. İdarəçilər Okan Buruka güvəndiklərini bildiriblər.

Prezident Dursun Özbekin “Biz məşqçimizin arxasındayıq” sözləri müzakirələrə son qoyub. “Galatasaray” iyunun əvvəlində Okan Burukla yeni 2 illik müqavilə imzaladığını açıqlamışdı. “Sarı-qırmızılar”ın verdiyi açıqlamada Okan Burukun 2024-25 mövsümü üçün 110 milyon 250 min TL xalis maaş alacağı açıqlanıb.

Bahar Rüstəm