Bakı, 15 noyabr, Sporaz.tv
38 yaşlı qapıçı Fernando Musleranın müqaviləsinin mövsümün sonunda bitəcəyi nəzərə alınaraq, artıq “Galatasaray“(Qalatasaray) rəhbərliyinin onu axtarmağa başladığı iddia edilib. “Galatasaray”-ın gündəmində olan qolkiperin “Beşiktaş“-la qarşılaşmada etdiyi uğurlu qurtarışlarla diqqət çəkən ad olduğu iddia edilib.
Sporaz.tv məlumat verir ki, 13 ildir çıxış etdiyi “Galatasaray”-la müqaviləsi mövsümün sonunda başa çatacaq Fernando Musleranın sarı-qırmızılı komandadan ayrılacağı gözlənilir.
“Sabah” qəzetinin yazarı Levent Tüzemen, “Galatasaray”-ın Musleranın yerinə qapıçı axtardığını bildirərək: “Galatasaray rəhbərliyi, yeni qapıçı üzərində ciddi şəkildə çalışır”- deyib.
Tüzemen, yazısında sarı-qırmızılıların gündəmində olan adı da açıqlayıb və “Galatasaray”-ın “Eintracht Frankfurt”-da çıxış edən Kaua Santosla maraqlandığını bildirib.
Qapıçı transferi ilə bağlı rəhbərliyə tövsiyədə tapılan müəllif: “Məncə, rəhbərlik Musleradan sonra Galatasarayın qapıçısına keçəcəyi adla bağlı Uruqvaylı ulduzdan dəstək almalıdır. Çünki Musleranın bu işi bildiyi deyilir. Cənubi Amerika əsilli qapıçılar onun kimi Galatasaraya transfer olacaq. Rəhbərlik uzun illər xidmət edəcək bir qapıçı adını verməlidir”.- deyib.
Ötən il Frankfurt tərəfindən “Flamengo“-dan transfer edilən Santos, bu mövsüm 6 matçda meydana çıxıb və 10 qol buraxıb.
Bir matçda qol buraxmayan braziliyalı qolkiper, komandasının “Beşiktaş”-a 3-1 hesabı ilə qalib gəldiyi UEFA Avropa Liqası matçında etdiyi qurtarışlarla diqqət çəkib.
21 yaşlı qolkiper, “Beşiktaş” matçında qapısına vurduğu 11 zərbədən 10-nu dəf edə bilib.
Kaua Santosun Frankfurt ilə 2030-cu ilə qədər müqaviləsi var.