“Galatasaray”da Metin Oktay üçün anım mərasimi

Bakı, 13 sentyabr, Sporaz.tv

Türkiyə futbolunun və “Galatasaray“ın unudulmaz oyunçularından olan “Tacsız Kral” ləqəbli Metin Oktay vəfatının 33-cü ildönümündə məzarı başında anılıb.

Sporaz.tv xəbər verir ki, Topkapı Kozlu qəbiristanlığında keçirilən anım mərasiminə “Galatasaray” Klubunun vitse-prezidenti Metin Öztürk, idarə heyəti üzvləri, Metin Oktayın yaxınları və sevənləri qatılıb.

Burada çıxış edən Metin Öztürk, “Adımın Metin olmasının səbəbi Metin Oktaydandır. 1961-ci ildə Palermoya transfer olunanda rəhmətlik atam mənə Metin adını qoydu. Bu, milyonlarla galatasaraylı ailənin övladlarına verdiyi ad kimi idi. O, çox erkən yaşda vəfat etdi, hər kəs kimi mənə də Metin qoydular. “Galatasaray” bu gün Türkiyədə ən böyük azarkeş kütləsinə sahibdirsə, qardaşımız Metin Oktay və bizim kimi “Galatasaray”a əməyi olan çox adam var. Türk futboluna xidmət edən dəyərli ağsaqqallarımızdan sonra Mətin Oktay’ın simvolu olaraq qaldığı yerdən irəliləməyə davam edirik” dedi.

Öztürkün çıxışından sonra Qurani-Kərim tilavət edilib, dualar oxunub.

Bahar Rüstəm

Leave a Reply