“Galatasaray”da Marcao sesleri

Bakı, 28 iyun, Sporaz.tv

Yeni mövsümdə heyətini yenidən quran “Sevilla” bir çox futbolçusu ilə yollarını ayıracaq. İspaniya komandasının vidalaşacağı adlardan biri də Marcaodur. “Sevilla”nın Yunanıstan və Türkiyə liqalarında mübarizə aparan komandalara Marcaonu təklif etdiyi və “Galatasaray“ın keçmiş futbolçusu ilə maraqlandığı iddia edilirdi.

Sporaz.tv məlumat verir ki, “Sevilla”nın 2022-2023 mövsümünün əvvəlində “Galatasaray”dan 13 milyon avroya heyətinə qatdığı Marcao ilə bağlı təəccüblü iddia ortaya atılıb.

İspaniya mətbuatında yer alan xəbərlərdə bir çox futbolçusu ilə yollarını ayırmağa hazırlaşan “Sevilla”nın qapını Marcaoya göstərdiyi bildirilib. Yunanıstan Türkiyə liqalarında mübarizə aparan komandalara Marcaonu təklif edən “Sevilla”nın təklifinə “Galatasaray”ın maraq göstərdiyi iddia edilib.

“Galatasaray” Marcao ilə maraqlansa, “Sevilla” futbolçunu aşağı qiymətə buraxmağa hazırdır. Ancaq transferə ən böyük maneənin Marcaonun maaşının 2 milyon avronu keçməsi olduğu bildirilir.

Marcao ötən mövsüm “Sevilla”nın heyətində 10 oyun keçirib. 28 yaşlı müdafiəçi bu matçlarda 1 qol vuraraq 540 dəqiqə meydanda qalıb.