“Galatasaray”da Kerem Aktürkoğlunun buraxdığı boşluğu dolduran ad

Bakı, 6 oktyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-ın futbolçusu Kerem Aktürkoğlunun “Benfica”-ya satılmasından sonra ilk 11-likdə daha çox oyuna girməyə başlayan Yunus Akgün, keçmiş komanda yoldaşı qədər yaxşıdır.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın 12 milyon avroya “Benfica”-ya satdığı Kerem Aktürkoğlunun boşluğunu Yunus Akgün doldurub.

“Qaziantep” və “PAOK”-da oynadıqdan sonra Rigasda da qol vuran 24 yaşlı cinah yarımmüdafiəçisi, Kerem kimi əlamətdar işlərə başlayıb.

2000-ci il təvəllüdlü, yenidən millisinə dəvət alan Yunus, “Alanyaspor” matçında Aslanın ən önəmli hücum silahı olacaq.

Baş məşqçi Okan Burukla özünü tapan sarı-qırmızılı futbolçu, bu mövsüm 10 matçda 3 dəfə tora silkələyib.

Gənclik infrastrukturundan tərbiyə alan Yunus, 1 qol daha vursa, 2018-19-cu ildə A Komandasında ən çox qol vurduğu mövsümə (4 qol) bərabər olacaq.