Bakı, 7 oktyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray)-ın yeni transferlərindən olan İsmail Jakobsun zədəsi səbəbindən əməliyyat olunacağı iddia edilib. Futbolçunun bir neçə həftə meydanlardan uzaq qalacağı bildirilib. Seneqal Futbol Federasiyası da Jakobsun zədəsi ilə bağlı açıqlama yayıb.
Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın “Monaco“-dan heyətinə qatdığı İsmail Jakobs, qısa müddətdə göstərdiyi performansla rəğbət qazanıb.
Super Liqada dünən axşam oynanan “Alanyaspor” matçında ilk 11-də forma geyinən İsmayıl Jakobsdan sarı-qırmızılılara pis xəbər gəldi.
Jakobs zədə səbəbindən həftə ərzində əməliyyat olunacaq. Xəbərdə uğur qazanan sol cinah müdafiəçisinin dizində oynamasına mane olmayan problem olduğu, ancaq əməliyyat olunmalı olduğu bildirilib. Jakobsun bu həftə keçirəcəyi əməliyyatdan sonra bir neçə həftəlik müalicə alacağı bildirilib.
“Galatasaray”-la cəmi 6 matça çıxan və 523 dəqiqə meydanda qalan İsmail Jakobs 1 məhsuldar ötürmə edib.