“Galatasaray”da Hakim Ziyech fırtınası

Bakı,6 may,Sporaz.tv

Galatasaray“(Qalatasaray)da “Hakim Ziyech”(Hakim Ziyeç) hücumçu performansı ilə önə çıxmağa başlayıb. Mərakeşli ulduz son 6 liqa matçında birbaşa 6 qola töhfə verib.

“Hakim Ziyech” son matçlardakı çıxışı ilə diqqət çəkir.Trendyol Superliqasında keçirilən “EMS Yapı Sivasspor” matçında azarkeşləri önündə iki qol vuran təcrübəli futbolçu qələbədə mühüm rol oynadı.

Mərakeşli futbolçu sarı-qırmızılı forma geyindiyi ilk 15 matçda gözləntiləri doğrulda bilməyib. Həmin müddətdə 4 qol vuran Ziyech komanda yoldaşlarına da 2 məhsuldar ötürmə edib.Klubda adaptasiya prosesindən sağ çıxan təcrübəli futbolçu son 6 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə ilə eyni rəqəmə çatıb.

Azarkeşlərin sevimlisinə çevrilən “Ziyech”in geridə qalan 3 matçda 11-in dəyişməz adlarından biri olacağı gözlənilir.Hakim Ziyech mövsümün əvvəlində “Chelsea“dən almaq opsionu ilə icarəyə verilmişdi. Müqaviləsində 15 oyunluq şərt olan Ziyech şərt yerinə yetirildikdən sonra transfer haqqı ilə “Galatasaray”a çevrilib. Mərakeşli futbolçunun 1+1 il müddətinə sarı-qırmızılı forma geyinəcəyi bildirilib.