Bakı,11 iyun,Sporaz.tv
“Galatasaray” diqqətini sağ cinah müdafiəçisi transferinə yönəldib. “Sarı-qırmızılar” “”Galatasaray”da hədəf “Manchester United”in ulduzu…”də çıxış edən Aaron Van-Bissakanı gündəminə qoyub.
Galatasarayda transfer işləri davam edir.
Sporaz.tv xəbər verir ki, “Sarı-qırmızılar” mövsüm hazırlıqları başlamazdan əvvəl gücləndirmələrin çoxunu etmək istəyir.
“Galatasaray” rəhbərliyinin ilk hədəfi sağ cinahdakı fərqi aradan qaldırmaqdır. Sarı-qırmızılılar bu bölgə üçün bir çox futbolçu ilə maraqlanır.
“Galatasaray”ın prioriteti heyətinə dünya səviyyəli oyunçu qatmaqdır. Rəhbərlik “Manchester United”də çıxış edən Aaron Van-Bissakanı gündəmə gətirib.
İngiltərə təmsilçisi 26 yaşlı futbolçu üçün 20-25 milyon avroluq transfer haqqı tələb edir. Galatasaray isə daha az qonorar ödəyərək Wan Bissakanı heyətinə qatmağı hədəfləyir. Qarşıdakı dövrdə iki klub arasında görüşlərin tez-tez olacağı gözlənilir.
Aaron Van-Bissaka 5 ildir ki, “Manchester United”də çıxış edir. 26 yaşlı futbolçu ötən mövsüm 30 matçda meydana çıxıb. İngilis futbolçu bu prosesdə komanda yoldaşlarına 3 qol ötürdü.
Vüqar ALIŞOV