“Galatasaray”da geri sayım

Bakı, 25 iyun, Sporaz.tv

Galatasaray (Qalatasaray) iyulun 1-də Michy Batshuayi ilə müqavilə imzalayacaq.
Sarı-qırmızılar, bir həftə ərzində belçikalı futbolçunun transferini rəsmən elan etməyə hazırlaşır.

Sporaz.tv xəbər verir ki, təcrübəli futbolçunun Fenerbahçe (Fənərbağça) ilə müqaviləsi iyunun 30-da başa çatacaq.

Bu səbəbdən sarı-qırmızılı rəhbərlik transferi açıqlamaq üçün həmin tarixi gözləyir.

“Galatasaray” Batshuayi ilə 3 illik müqavilə imzalayacaq.

Belçikalı futbolçu, Avstriya düşərgəsində öz yerini tutacaq. Mauro İcardi də sarı-qırmızılı klubda ilk düşərgəsinə hazırlaşır.

Beləliklə, “Galatasaray”ın iki hücumçusu birlikdə çalışmaq imkanı qazanacaq.